EN

Hərbi xidmət insan həyatında nələri dəyişir? AÇIQLAMA

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Yanvar çağırışı çərçivəsində gənclərin hərbi xidmətə aparılma prosesi planlı şəkildə davam edir və bu istiqamətdə nəzərdə tutulan tədbirlər ardıcıl olaraq icra olunur.

Hazırlıq proqramları yalnız gənclərin fiziki və taktiki bacarıqlarını gücləndirməklə kifayətlənmir, həm də onların vətənpərvərlik ruhunu möhkəmləndirir.

Bu proses fonunda önəmli suallardan biri ortaya çıxır: hərbi çağırış gənclərin sosial bacarıqlarının inkişafına necə təsir göstərir və onların cəmiyyətə inteqrasiyasına hansı formada töhfə verə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyib ki, hərbi xidmət gənclərimizin kişilik, mərdlik və vətənpərvərlik keyfiyyətlərinin formalaşdığı mühüm mərhələdir:

"Gənclərin qalib orduda xidmət etməsi yalnız dövlətimiz üçün deyil, həm də vətəndaşlarımız üçün böyük qürur və sevinc mənbəyidir. Hərbi xidmət zamanı əldə olunan bilik və vərdişlər, həyatın digər sahələrində qazanılan bacarıqlardan fərqli olaraq, xüsusi intizam, məsuliyyət və kollektiv iş bacarığını inkişaf etdirir".

Ədalət Verdiyev: Hər bir gəncin hərbi təcrübəsi, vətənə bağlılığını daha da möhkəmləndirir

Onun sözlərinə görə, orduda xidmət edən gənclər vahid məqsəd uğrunda çalışaraq vətənimizin sərhədlərini qoruyur, həmçinin sıx dostluq və qardaşlıq əlaqələri qururlar: 

"Bu münasibətlər və bağlılıq hissi tez-tez xidmət müddəti bitdikdən sonra da davam edir və gənclərin şəxsi və sosial həyatında müsbət təsir göstərir".

Həmsöhbətimiz əlavə edib ki,  gənclərimizin orduda xidməti həm fərdi inkişaf, həm də milli təhlükəsizliyin təmin edilməsi baxımından mütləq və vacibdir: 

"Hər bir gəncin hərbi təcrübəsi, vətənə bağlılığını daha da möhkəmləndirir və onu cəmiyyət üçün faydalı, məsuliyyətli və vətənpərvər bir şəxs kimi yetişdirir".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
50
bakivaxti.az

10Sources