EN

Fransanın Kanak xalqına qarşı zorakı müdaxiləsi ilə bağlı hesabat hazırlandı

İnsan hüquqları üzrə milli məsləhətçi komissiya (La Commission nationale consultative des droits de l’homme) 29 yanvar 2026-cı il tarixində Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabat dərc edib.

Publika.az APA-ya istinadən xəbər verir ki, həmin sənəddə Fransa dövlət orqanları tərəfindən Kanak xalqına qarşı tətbiq edilmiş zorakı müdaxilələrin sistemli xarakter daşıdığı, hüquq-mühafizə orqanları tərəfindən qeyri-mütənasib və əsassız güc istifadə edildiyi xüsusi qeyd edilmiş, bu repressiv yanaşmanın fundamental insan hüquqları və beynəlxalq öhdəliklərlə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid edilib.

Sözügedən hesabatda Kanakidə dinc aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə məhkəmə orqanlarının və bütövlükdə ədliyyə sisteminin davranışı beynəlxalq insan hüquqları standartları prizmasından sistemli şəkildə təhlil edilib, aparılmış qiymətləndirmə nəticəsində hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyətində ciddi uyğunsuzluqlar aşkar edilib. Bu uyğunsuzluqlar müvafiq dövlət orqanlarının institusional məsuliyyəti, hüquqi prosedurların pozulması və Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icra etməməsi kontekstində əsaslandırılıb.

Fundamental hüquqlara dair pozuntularla bağlı rəyin həmməruzəçisi Tartakowsky dövlət institutlarının fəaliyyətində çoxsaylı struktur, hüquqi və əməliyyat xarakterli çatışmamazlıqların sistemli şəkildə üzə çıxdığını bildirib.

Hesabatda qeyd edilib ki, 13 may 2024-cü il tarixindən etibarən arxipelaqda seçici korpusunun zorla dəyişdirilməsinə qarşı etirazlarla əlaqədar zorakılıq hadisələrinin intensivləşdiyi dövrdən başlayaraq təhlükəsizlik qüvvələri tərəfindən kanak əhalisini hədəf alan zorakı repressiv tədbirlər həyata keçirilib.

Chosen
55
50
publika.az

10Sources