BAKI, 30 yanvar. TELEQRAF
Londonun ICE birjasında mart ayında çatdırılma şərtilə kakao paxlasının fyuçersləri 2023-cü ildən bəri ilk dəfə ton üçün 4000 dollardan aşağı düşüb.
Teleqraf xəbər verir ki, kakao paxlasının fyuçersləri 5,27% azalaraq 3957 dollara düşüb.
"Bloomberg"in məlumatına görə, qiymətlər kakao paxlasının emalı ilə bağlı xəbərlər fonunda düşüb. Bu xəbərlər son iki ildə uzun müddət davam edən qiymət artımları səbəbindən paxlaya tələbatın azaldığını göstərir.
"Bloomberg" əlavə edib ki, Qərbi Afrikada məhsul çatışmazlığı səbəbindən kakao paxlasının fyuçersləri 2024-cü ilin dekabr ayında rekord həddə çatıb.