EN

Peskov: Kiyev sülhə hazır deyil

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi güzəştlərinin mümkünsüzlüyü ilə bağlı açıqlamaları Kiyevin sülh yolu ilə nizamlanma niyyətində olmadığını bir daha təsdiqləyir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Moskva BMT-nin Baş katibinin Krım və Donbas məsələsində xalqların öz müqəddəratını təyin etmə hüququnun tətbiq olunmaması ilə bağlı fikirlərini dərin səhv hesab edir.

Kreml həmçinin Zelenskinin Donbası və artıq bir neçə ildir Rusiyanın nəzarətində olan Zaporojye AES-i “döyüşsüz təslim etməmək” planları ilə bağlı bəyanatlarını gördüyünü açıqlayıb. Peskov qeyd edib ki, Ukrayna liderinin bu sözləri Zaporojye Atom Elektrik Stansiyasına hücum planları kimi yozula bilərmi sualını gündəmə gətirir.

Aliyə

Chosen
90
35
nocomment.az

10Sources