EN

Konstitusiya Məhkəməsi Aparatının 2025-ci il üzrə hesabat iclası keçirildi (FOTO)

Bakı. Trend:

Yanvarın 30-da Fərhad Abdullayevin sədrliyi ilə KonstitusiyaMəhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclasıkeçirilib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, iclası açanFərhad Abdullayev bildirib ki, ötən il Azərbaycanın dövlətçiliktarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisə - İkinciQarabağ müharibəsində tarixi Zəfərin beşinci və müstəqildövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin otuzuncuildönümü kimi qeyd edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin“Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlıSərəncamını rəhbər tutaraq Konstitusiya Məhkəməsi hesabat iliərzində bir sıra tədbirlər həyata keçirib.

Sədr xüsusilə vurğulayıb ki, Konstitusiyanın 30 illik yubileyinəhəsr olunan 16 iyul və 12 noyabr tarixlərində keçirilən beynəlxalqkonfranslar və Türk Dünyası Konstitusiya YurisdiksiyalarıKonfransının (TÜRK-AY) birinci konqresi ötən ilin yaddaqalanhadisələrindəndir. Qeyd olunub ki, Konqres çərçivəsində Türkdövlətləri arasında konstitusiya ədalət mühakiməsi sahəsindəəməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən, türk dövlətlərininkonstitusiya müvafiq orqanları arasında hüquqi əməkdaşlığınvacibliyini əks etdirən “Bakı Bəyannaməsi” imzalanıb. Həmçinin,Azərbaycan Konstitusiya Məhkəməsi ilə Türkiyə KonstitusiyaMəhkəməsi, eləcə də Azərbaycan Konstitusiya Məhkəməsi ilə İraqFederal Ali Məhkəməsi arasında Anlaşma memorandumlarıimzalanıb.

Sədr Fərhad Abdullayev bildirib ki, Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbənəticəsində Konstitusiyamızın ali qüvvəsi respublikamızın bütünərazisində bərqərar edilib. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-cimaddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisivahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib,beynəlxalq hüquq normaları və təməl prinsiplərin aliliyi təminedilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və böyükQələbəmizin 5 illiyi təkcə bir tarix deyil, həm də məsuliyyətçağırışıdır. Qarşımızda duran vəzifə - Əsas Qanunun dəyərləriniqorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.

Sədr qeyd edib ki, ötən il dövlətimizin konstitusiya dəyərlərinəsadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda qazandığınailiyyətlərin rəmzi ifadəsi kimi ölkə başçısı tərəfindən“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)”Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Sərəncamınicrasına uyğun Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinəvə təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına,Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təminedilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə,Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq vəazadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərinformalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycandövləti qarşısında xüsusi xidmətləri olan şəxslər KonstitusiyaMəhkəməsinin sədri tərəfindən təltif ediliblər.

Qeyd olunub ki, ötən il daxil olmuş Ali Məhkəmənin, BaşProkurorluğun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman)sorğuları və məhkəmələrin müraciətləri ilə bağlı KonstitusiyaMəhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarlar qəbuledilib. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədarmühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həminqərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayətprosessual, mülki və mülki prosessual qanunvericiliyin, habeləəmək, inzibati xətalar və digər bir sıra qanunların normalarınarəsmi şərh edib, qərardadlarda isə tətbiqedici orqanlar üçünpraktik izahlar verib.

Nəzərə çatdırılıb ki, hazırda Konstitusiya Məhkəməsi daxilindətətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslananyeni elektron platformanın ilkin versiyası hazırlanıb. Yeni sisteminformasiya təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqlayanaşı bir sıra əsas vəzifələri də həyata keçirəcək, internetəçıxış olmadan süni intellektdən istifadə etməklə məlumatların çevikaxtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlararasında operativ sənəd mübadiləsinin təşkili iş prosesini xeylisadələşdirəcək.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə vəsektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin, KonstitusiyaMəhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiyaşikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbuledilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər,habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Sədr yekun nitqi ilə çıxış edərək diqqətə çatdırdı ki,Konstitusiya Məhkəməsi müəllifi Ulu Öndər Heydər Əliyev olan ƏsasQanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlətquruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunmasıistiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəlivə mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələrilayiqincə yerinə yetirməyə çalışacaq. Bildirilib ki, KonstitusiyaMəhkəməsi qanunvericiliyin müasir sosial-siyasi reallıq baxımındanKonstitusiyanın hərfi mənasına və ruhuna uyğun şəkildə inkişafınatöhfəsini verəcəkdir.

Daha sonra 2025-ci ilin yekunlarına dair geniş fikir mübadiləsiaparılıb, eləcə də, səsləndirilən rəy və təkliflər dinlənilib.

Hesabat iclasının sonunda Fərhad Abdullayev 2025-ci ildəgörülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumunfəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Aparatınəməkdaşlarına müvafiq tapşırıq və tövsiyələr verib.

Konstitusiya
Konstitusiya
Konstitusiya
Konstitusiya
Chosen
94
50
az.trend.az

10Sources