Bakı, 30 yanvar, AZƏRTAC
Filippinin cənubunda sərnişin və yük daşıyan bərənin batması nəticəsində ölənlərin sayı 31 nəfərə yüksəlib.
AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, indiyədək azı 316 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatları davam edir, itkin düşənlərin dəqiq sayının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Xatırladaq ki, Zamboanga şəhərindən Jolo şəhərinə gedən sərnişin bərəsi Baluk adası yaxınlığında batıb.