“İran nüvə proqramı ətrafındakı böhranı həll etmək üçün ABŞ ilə danışıqları bərpa etməyə hazırdır”.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İstanbulda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
“Keçmiş təcrübə ABŞ-ın dialoqda xoş niyyətinin və dürüstlüyünün olmadığını göstərsə də, İran hələ də nüvə danışıqlarına davam etməyə hazırdır”, - deyə Əraqçi bildirib.
O bir daha vurğulayıb ki, nüvə silahı İranın hərbi doktrinasına və təhlükəsizlik hesablamalarında heç bir yerə malik deyil və Tehranın nüvə fəaliyyəti tamamilə dinc məqsədlər üçündür:
“Biz etimadı bərpa etmək məqsədilə bərabər mövqedən çıxış edən və qarşılıqlı hörmət əsasında olan danışıqlara hazırıq. Ancaq danışıqlara təhdidlə başlamaq olmaz. İlk növbədə təhdid dili kənara qoyulmalıdır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi ilə təmasları zamanı iki şərt irəli sürdüyünü açıqlayıb: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.
Bizim.Media