EN

Poti-Bakı blok-qatarı yola salındı - Yükdaşıma sahəsində yenilik

Yanvarın 30-da Gürcüstanın Poti Limanında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti-Bakı ekspress blok-qatarının yola salınması mərasimi keçirilib.

News.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Tədbirdə yeni ekspress qatarının işə salınmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.

Poti-Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək, eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.

Poti-Bakı blok-qatarı yola salındı - Yükdaşıma sahəsində yenilik

Chosen
14
50
news365.az

10Sources