"Report" İnformasiya Agentliyinin Balkan (Balkan ölkələri üzrə) bürosu fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, büro Serbiyanın paytaxtı Belqradda yerləşir. Yeni büroda "Report" agentliyinin xüsusi müxbiri Sayad Həsənli çalışacaq.
Bu "Report"un 9-cu xarici bürosudur.
Xatırladaq ki, "Report"un ABŞ-də, Fransada, Belçikada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.
"Report" İnformasiya Agentliyi 2014-cü ildən fəaliyyət göstərir. "Global Media Group" holdinqin tərkibinə daxildir.