EN

Gürcüstan DTX korrupsiya ittihamı ilə 21 nəfəri saxlayıb

ain.az, Ayna portalına istinadən məlumat yayır.

İşlərin əksəriyyəti hərbi xidmətdən təxirə salınma və saxta sağlamlıq arayışlarının hazırlanması ilə bağlıdır

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları yeddi müxtəlif cinayət işi üzrə korrupsiya ittihamı ilə 21 nəfəri saxlayıb və məsuliyyətə cəlb edib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Agentliyin rəisi Emzar Qaqnidze brifinqdə deyib.

Bildirib ki, işlərin əksəriyyəti hərbi xidmətdən təxirə salınma və saxta sağlamlıq arayışlarının hazırlanması ilə bağlıdır.

Agentlik rəisi bildirib ki, saxlanılanlar arasında həkimlər və paramediklər də var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
30
ayna.az

10Sources