BAKI, 30 yanvar. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranı aradan qaldırmaq üçün ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Abbas Əraqçitürkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.