EN

BTQ Yeni Kaledoniya baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabatı ictimaiyyətə təqdim etdi

BAKI, TurkicWorld

İnsan hüquqları üzrə milli məsləhətçi komissiya (La Commission nationale consultative des droits de l’homme) 29 yanvar 2026-cı il tarixində Kanakidə (Yeni Kaledoniya) baş vermiş etiraz aksiyalarına dair rəsmi hesabat dərc etmişdir.

TurkicWorld xəbər verir ki, həmin sənəddə Fransa dövlət orqanları tərəfindən Kanak xalqına qarşı tətbiq edilmiş zorakı müdaxilələrin sistemli xarakter daşıdığı, hüquq-mühafizə orqanları tərəfindən qeyri-mütənasib və əsassız güc istifadə edildiyi xüsusi qeyd edilmiş, bu repressiv yanaşmanın fundamental insan hüquqları və beynəlxalq öhdəliklərlə açıq ziddiyyət təşkil etdiyi kəskin şəkildə tənqid edilmişdir.

Sözügedən hesabatda Kanakidə dinc aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti, habelə məhkəmə orqanlarının və bütövlükdə ədliyyə sisteminin davranışı beynəlxalq insan hüquqları standartları prizmasından sistemli şəkildə təhlil edilmiş, aparılmış qiymətləndirmə nəticəsində hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyətində ciddi uyğunsuzluqlar aşkar edilmişdir. Bu uyğunsuzluqlar müvafiq dövlət orqanlarının institusional məsuliyyəti, hüquqi prosedurların pozulması və Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icra etməməsi kontekstində əsaslandırılmışdır.

Fundamental hüquqlara dair pozuntularla bağlı rəyin həmməruzəçisi Tartakowsky dövlət institutlarının fəaliyyətində çoxsaylı struktur, hüquqi və əməliyyat xarakterli çatışmamazlıqların sistemli şəkildə üzə çıxdığını bildirmişdir.
Məsələnin yüksək həssaslıq daşıdığını nəzərə alan Komissiyasının sədri, vəkil

Hesabatda qeyd edilir ki, 13 may 2024-cü il tarixindən etibarən arxipelaqda seçici korpusunun zorla dəyişdirilməsinə qarşı etirazlarla əlaqədar zorakılıq hadisələrinin intensivləşdiyi dövrdən başlayaraq təhlükəsizlik qüvvələri tərəfindən kanak əhalisini hədəf alan zorakı repressiv tədbirlər həyata keçirilmişdir.

Komissiya Fransanın məhkəmə sisteminin hadisələrə reaksiyasını da sərt şəkildə tənqid edir və qeyd edir ki, əhalisi təxminən 260 min nəfər olan arxipelaqda 6 minədək polis və jandarmın yerləşdirilməsi fonunda, baş vermiş zorakılıq hadisələri ilə əlaqədar 2 528 nəfər saxlanılmış, 500-dən artıq şəxs barəsində isə məhkəmə icraatı başlanılmışdır. Komissiyanın qiymətləndirməsinə görə, bu repressiv tədbirlər faktiki olaraq yalnız kanak əhalisinə qarşı yönəlmişdir.

Hesabatın digər bölməsində qeyri-qanuni həbs edilmiş kanak məhkumların həbsxanalarda saxlanma şəraitinə yer ayrılmışdır. Həbsxanada qeyri-insani davranış, məhkəmə qərarı olmadan insanların cəzaçəkmə müssisələrinə yerləşdirilməsi nəticəsində həbsxana daxilində etiraz aksiyaları, hətta üsyanlar baş vermişdir. Sözügedən hadisələr zamanı bir məhbusun həyatını itirdiyi qeyd edilir və şahidlərin ifadələrinə görə, həmin şəxsin təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq nəticəsində həlak olduğu xüsusilə vurğulanır.

Komissiya qeyd edir ki, materik Fransaya köçürülən məhbuslar hazırda bir sıra ciddi çətinliklərlə üzləşirlər. Belə ki, materik Fransada evlərindən təxminən 17 min kilometr uzaqda saxlanılan şəxslərin qış geyimi və geri dönüş bileti olmadan azad edilməsi, hüquqi təminatların kobud şəkildə pozulması ilə yanaşı, ədalətin mahiyyətinə və legitimliyinə ciddi zərbə vurur. .

Hesabatın müəllifləri zorakılıqlardan sonrakı dövrü də təhlil etmişdir. İğtişaşların yaratdığı dağıntılar səbəbindən Kanakidə iqtisadiyyat ciddi şəkildə zərər görmüş, böhrandan sonrakı aylarda bir sıra sosial proqramlar dayandırılmışdır.

Hesabatın yekununda Komissiya bir sıra tövsiyələr irəli sürərək, polis zorakılığı ilə bağlı halların müstəqil və əhatəli şəkildə araşdırılmasının təmin edilməsini və həbsxanalarda saxlanma şəraitinin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə yaxşılaşdırılmasını müvafiq orqanların diqqətinə çatdırır.

https://www.cncdh.fr/sites/default/files/2026-01/Projet%20avis%20Nouvelle-Calédonie-AP-29.01.2026-vfinale.pdf

Yeni Kaledoniya: iğtişaşların təhlükəsizlik və məhkəmə yolu ilə idarə olunması CNCDH-nin hesabatında tənqid edilib

Chosen
93
50
turkic.world

10Sources