Bakıda küçədə tapılan azyaşlının valideynləri axtarılıb.
Xezerxeber.az xəbər verir ki, bu barəd DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı azyaşlı uşaq aşkarlayıblar.
Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
"Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub", məlumatda deyilir.
n Şirvanzadə