EN

Şair Ramaldanov: “İran ABŞ Müharibəsi qaçılmaz olacaq”

“Müharibə danışıqlar masasında əldə edilə bilinməyən hədəflərin güc variantı ilə əldə edilməsi yoludur. Əgər ABŞ danışıqlar yolu ilə öz hədəflərinə çatmasa, müharibə qaçılmaz olacaq”.

Bu sözləri News365.az-ın qonağı olan Şair Ramaldanov deyib. Hərbi ekspert əlavə olaraq qeyd edib:

“Hazırda ABŞ müxtəlif siyasi təzyiq metodlarından istifadə edir. Hücum olacağı barədə açıqlamalar, əməliyyatların keçiriləcəyi təxmini zamanın əvvəlcədən deyilməsi, hərbi hazırlıqlar və s. kimi addımlar İranı danışıqlar masasına əyləşdirmək üçün atılır. Bugünkü mənzərəyə baxdıqda elə görsənir ki, İran da danışıqlardan boyun qaçırmaq, vəziyyəti daha da gərginləşdirmək niyətində deyil. Belə davam edərsə və ortaq məxrəc əldə olunarsa, hərbi əməliyyatlara ehtiyac qalmayacaq. Əks halda isə müharibə etmək üçün mütləq bir səbəb tapılacaq. Düşünürəm ki, müharibə variantını hər iki tərəf istəmir. Çünki İran nə Əfqanıstandır, nə də İraq. İran daha güclü və fəqli dövlətdir. Ola bilər bu gün daxili çaxnaşmalar var, stabillik yoxdur. Lakin xarici müdaxilə olsa, bütün İran xalqı hazırki liderlərinin ətrafında birləşə bilər. Müharibə baş verəcəyi halda İranda nələr ola bilər? hadisələr hansı xətt üzrə inkişaf edər? bunu demək çox çətindir. Ümumiyyətlə İran hadisələrin gedişi barədə əvvəlcədən proqnoz verilə biləcək bir ölkə deyil. ABŞ-də bütün bunları nəzərə almalı, atacağı addımları dəfələrlə götür-qoy etməlidir”.

Chosen
33
50
news365.az

10Sources