1955-ci ildən sonra Mədənniyət Nazirliyinin dəstəyi ilə ilk milli fortepiano dərsliyi hazırlanıb.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında bildirib.
Onun sözlərinə görə, nazirlikdə hər hansı dərslərin ləğvi və ya dərsliklərin birləşdirilməsi ilə bağlı məlumat yoxdur:
"Eyni zamanda, yeni bir xəbəri də bölüşmək istəyirik. İncəsənət məktəbləri üçün ilk milli fortepiano dərsliyi hazırlanıb. Yaxın günlərdə pilot layihə çərçivəsində həmin dərslik məktəblərə paylanacaq".