EN

Dünyanın ən dadlı mətbəxləri açıqlandı Azərbaycan neçəncidir?

Modern.az saytına istinadən ain.az xəbər verir.

2025-ci il üçün dünyanın ən ləziz və dadsız mətbəxlərinin reytinqi dərc edilib.

Modern.az "World Population Review" jurnalına istinadən xəbər verir ki, araşdırmaya görə, 99 ölkə arasında ən dadlı mətbəx Yunanıstana məxsusdur.  Onu İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin izləyir. Nəşr qeyd edir ki, Yunan mətbəxi sadəliyi, düzgün hazırlanması və təzə inqrediyentlərdən istifadəsi ilə seçilir.

Azərbaycan mətbəxi reytinqin ortalarında, 56-cı pillədə qərarlaşıb.

Keçmiş Sovet İttifaqı ölkələri arasında Gürcüstan ən yüksək yerdədir və 30-cu yerdə qərarlaşıb. Rusiya 34-cü, Litva 39-cu, Ukrayna 43-cü, Belarus 75-ci və Latviya 78-ci yerdədir.

Qazaxıstan və Ermənistanın yeməkləri ən zəiflər arasında yer alı. Belə ki,  99 ölkə arasında onlar 92-ci və 93-cü yerləri tutub. Ən dadsız yeməklər isə Nikaraqua, Laos və Boliviyaya aiddir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
30
modern.az

10Sources