EN

Türkiyə İran və ABŞ arasında vasitəçi olacaq?

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb. Bəyanatda qeyd olunur ki, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də regionda artan hərbi eskalasiya müzakirə edilib. Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə gərginliyin azaldılması və problemlərin dialoq yolu ilə həlli məqsədilə İran və ABŞ arasında vasitəçi rolunu oynamağa hazırdır.

Ərdoğan, həmçinin İranın xarici işlər naziri Abbas Əraqçini 30 yanvarda Ankarada qəbul etməyi planlaşdırdığını Pezeşkyanın diqqətinə çatdırıb.

Chosen
22
46
Ajans.az

10Sources