EN

"Real"ın ulduzu üzr istədi: Emosiyalarıma qapıldım

"Real"ın ulduzu Rodriqo “Benfika” ilə matçda aldığı qırmızı vərəqədən sonra Madrid klubunun azarkeşlərindən üzr istəyib.

Publika.az xəbər verir ki, braziliyalı vinger bu sözləri deyib:

“Dünən vaxt itirilməsinə etiraz edərkən emosiyalarıma qapıldım. Bu, mənim üslubum deyil. "Real"da oynadığım müddətdə heç vaxt qırmızı vərəqə almamışdım və bunun nəticələrinin fərqindəyəm.

Azarkeşlərdən, klubdan, komanda yoldaşlarımdan və baş məşqçidən üzr istəyirəm. Biz bu gerb və bu Çempionlar Liqası uğrunda birlikdə mübarizəni davam etdirəcəyik”.

Rodriqo aldığı qırmızı vərəqəyə görə “Real”ın Çempionlar Liqasındakı növbəti üç oyununu buraxa bilər.

Chosen
12
48
publika.az

10Sources