EN

Zelenski danışıqlar üçün Moskvaya getməkdən imtina edib  

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün Moskvaya getməyəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, onun bu sözlərini “RBK-Ukraina” informasiya agentliyi sitat gətirib.

“Əlbəttə ki, mənim Putinlə Moskvada görüşməyim mümkün deyil”, - deyə Ukrayna lideri jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Putinlə şəxsən görüşmək istəsə, Moskvaya gəlməyə dəvət olunduğunu təsdiqləyib. Diplomat vurğulayıb ki, Moskva heç vaxt bu cür təmasları rədd etməyib və Zelenskiyə təhlükəsizlik və lazımi iş şəraiti təmin etməyə hazırdır.

Chosen
61
25
azerbaijan-news.az

10Sources