ABŞ Prezidenti Donald Tramp Pentaqon tərəfindən İrana qarşı təklif edilən bir neçə hərbi ssenarini, o cümlədən reydlər və xüsusi təyinatlı qüvvələrin əməliyyatlarını nəzərdən keçirir, lakin ABŞ diplomatik həll yoluna və Tehranla danışıqlara açıqdır.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Donald Trampa İrana hücum üçün genişləndirilmiş seçim siyahısı təqdim edilib. Ağ Ev, xüsusilə ABŞ qoşunlarının İrana reydləri, eləcə də nüvə və raket qurğularına daha böyük zərbə vurmağı nəzərdən keçirir. Ən riskli variantlar arasında 2025-ci ilin iyun ayında ABŞ-ın zərbələri zamanı Tehranın zərər görməyən nüvə qurğularını məhv etmək üçün xüsusi təyinatlı qüvvələrin cəlb olunmasıdır.
Bundan əlavə, ölkədə xaos yaratmaq və rejim dəyişikliyinə yol açmaq məqsədilə İran rəhbərliyi ilə birbaşa bağlı obyektlərə zərbələr vurmaq da nəzərdən keçirilir.
Qeyd edək ki, bir müddət öncə Donald Tramp “nəhəng armadanın” İrana yaxınlaşdığını və Tehranın ona qarşı irəli sürülən bütün tələbləri yerinə yetirməli olduğunu bildirib.