ain.az, Azpost portalına istinadən məlumat verir.
İngiltərə kralı III Çarlz Sandrinqem kral mülkündə iri həcmli gübrə çuxurunun tikintisi üçün rəsmi icazə alıb.AzPost xəbər verir ki, bu təsərrüfat obyekti şahzadə Uilyam və Ketrin Middltonun Anmer-Holl adlanan kənd iqamətgahından cəmi bir neçə yüz metr aralıda yerləşəcək.
Məlumata görə, çuxur üzvi gübrələrin saxlanması üçün nəzərdə tutulub və ölçüsünə görə dörd olimpiya üzgüçülük hovuzu ilə müqayisə olunur. Layihə Sandrinqem mülkünün üzvi əkinçilik sisteminə keçidi çərçivəsində həyata keçirilir. Kral III Çarlz uzun illərdir ekoloji təmiz kənd təsərrüfatının tərəfdarı kimi tanınır və bu addımı da həmin siyasətin tərkib hissəsi hesab edir.
Yerli icra orqanları layihəni qanuni və kənd təsərrüfatı baxımından əsaslandırılmış sayıb. Planlaşdırma üzrə mütəxəssis Lusi Smitin hesabatında qeyd olunub ki, qoxu amili ilə bağlı ümumi narahatlığın hüquqi qiymətləndirilməsi üçün mexanizm mövcud deyil. Həmçinin vurğulanıb ki, obyektin ətrafı əkin sahələri ilə əhatələndiyindən turizmə mümkün mənfi təsir minimumdur.
Buna baxmayaraq, Flitçem kəndinin sakinləri layihəyə etiraz ediblər. Onlar kəskin qoxu, milçəklərin artması, su ehtiyatlarının çirklənməsi və məktəb yaşlı uşaqların, eləcə də yaşlı insanların sağlamlığı üçün risklərdən narahat olduqlarını bildiriblər. Sakinləri həmçinin iri nəqliyyat vasitələrinin dar kənd yollarında hərəkətinin artması da qayğılandırır.
Bildirilir ki, çuxurda on min kubmetrə qədər üzvi gübrə saxlanılacaq və bu gübrə qoyun və iri buynuzlu mal-qaradan əldə olunacaq. Sözügedən gübrələr buğda, arpa, lobya və yulaf əkilən minlərlə hektar sahədə istifadə ediləcək. Bu isə kimyəvi gübrələrdən asılılığın azalmasına xidmət edəcək.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.