Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İrana hücum ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunu İslam Respublikasının silahlı qüvvələrinin hədəfinə çevirəcək.Modern.az xəbər verir ki, bunu İranın Ali Lideri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Abdullah Hacı Sadeqi bildirib."Silahlı qüvvələrimiz döyüşə hazırdır və düşmənin hər hansı bir hücumu quruda, dənizdə və bölgədəki bütün Amerika bazalarında sarsıdıcı cavabla qarşılanacaq", - deyə İRNA onun sözlərini sitat gətirib.Sadeqi deyib ki, ABŞ və müttəfiqlərinin bütün hərbi bazalarının koordinatları İranın əlindədir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp "böyük bir armada"nın İrana doğru irəlilədiyini bildirmişdi. O, Tehranın danışıqlar masasına oturacağına və nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli və bərabər" bir razılaşma imzalayacağına ümid etdiyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.