EN

"Bavariya" əsas oyunçularından biri ilə yollarını ayıracağını açıqladı

BAKI, 30 yanvar. TELEQRAF

“Bavariya”nın futbolçu Leon Qoretzki ilə yayda yollarını ayıracağı dəqiqləşib.

Teleqraf xəbər verir ki, bu barədə idman direktoru Kristofer Froynd klubun rəsmi saytına açıqlama verib.

“Biz bütün tərəflərlə açıq şəkildə danışmışıq. Onun müqaviləsi yayda başa çatır. Bu o deməkdir ki, son həftələrdə danışıqları intensivləşdirdik və yaydan etibarən onun gələcəyi barədə açıq danışdıq. Leonun “Bavariya”dakı yolu yayda başa çatacaq. Bu, səkkiz il olacaq — son dərəcə uğurlu və əla illər. O, həm futbolçu, həm də insan kimi hər şeyini verdi. O, komandamız üçün mübarizə aparacaq, ona görə də qarşıda bizi yaxşı həftələr gözləyir”, -deyə Froynd bildirib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2018-ci ildən “Bavariya”da forma geyinir.

Chosen
56
24
teleqraf.com

10Sources