EN

“Bakcell” “Peerstack Academy”nin innovasiya tərəfdaşıdır

İnnovasiya lideri “Bakcell” 21-ci əsrin proqramlaşdırma akademiyası olan “Peerstack Academy” ilə strateji tərəfdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsində potensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğun proqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsində ixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.

“Peerstack Academy” layihəyönümlü və praktiki yanaşmaya əsaslanan proqramlaşdırma təlimləri təqdim edən müasir IT akademiyasıdır. Akademiyanın kampusu Azərbaycan Texniki Universitetinin binasında yerləşir. Tədris modeli real iş mühitinə uyğun bacarıqların formalaşdırılmasına və beynəlxalq standartlara cavab verən texnoloji mütəxəssislərin hazırlanmasına fokuslanır.

Hazırda “Peerstack Academy”də 100-dən çox aktiv tələbə təhsil alır. Tərəfdaşlıq çərçivəsində ilk il ərzində 250 tələbənin təqaüd proqramı ilə əhatə olunması nəzərdə tutulur.

Təlim çərçivəsində tələbələr “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və REST API kimi texnologiyalar üzrə praktiki təcrübə qazanır, proqramı uğurla tamamladıqdan sonra isə iki beynəlxalq akkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarla məzun olurlar.

Chosen
39
28
publika.az

10Sources