EN

Ərdoğan: Türkiyə ABŞ və İran arasında vasitəçilik etməyə hazırdır

Ərdoğan:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pəzeşkiyan ilə telefon danışığında ölkəsinin ABŞ və İran arasında mövcud gərginliyi azaltmaq məqsədilə vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Türkiyə liderinin ofisindən verilən məlumata görə, danışıq zamanı həm Türkiyə-İran ikitərəfli münasibətləri, həm də regionda hərbi gərginlik müzakirə olunub. Ərdoğan vurğulayıb ki, Türkiyə ABŞ və İran arasında gərginliyin azaldılması və problemlərin həllində vasitəçi kimi fəaliyyət göstərə bilər.

Həmçinin Ərdoğan Pəzeşkiyanı məlumatlandırıb ki, 30 yanvarda Ankaraya səfər edən İranın xarici işlər naziri Abbas Arakçini qəbul etməyi planlaşdırır.

Məryəm Quliyeva

Chosen
45
50
xalqcebhesi.az

10Sources