EN

Bilal Ərdoğan Bakıda restoran açacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan “Necə pul qazanırsınız?” sualını cavablandırıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, sözügedən suala cavab olaraq, qida sektorunda fəaliyyət göstərdiyini bildirib.
Bilal Ərdoğan gənclərin suallarını cavablandırarkən bir gənc ona “Ticarətlə məşğul olduğunuzu bilirik. Bəs sizin biznesiniz nədir? Necə pul qazanırsınız?” - sualını verib.
Bilal Ərdoğan 2009-cu ildən bəri qida sektorunda fəaliyyət göstərdiyini bildirərək, təxminən bir il yarım əvvəl Dubayda bir restoran açdıqlarını, Bakıda da bir restoran açmağı planlaşdırdıqlarını qeyd edib.
Chosen
32
8
yeniavaz.com

10Sources