EN

Hazırlaşın, ora gedirik, yaşaya biləcəyimiz planet tapıldı

Avstraliya, Böyük Britaniya, Danimarka və ABŞ-dan olan astronomlar qrupu Yer kürəsindən 146 işıq ili məsafədə yerləşən potensial yaşana bilən (hələlik sübut olunmasa da, fiziki xüsusiyyətlərinə görə həyat üçün yararlı ola biləcək "namizəd" dünya) HD137010b planetini kəşf edib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, planet Günəşə bənzər bir ulduz ətrafında fırlanır və alimlər HD137010b-nin Yer kürəsindən cəmi 6% böyük olduğunu təxmin edirlər. Qəzetin istinad etdiyi tədqiqatçılar planetin öz ulduzunun yaşayış zonasında olma ehtimalının 50% olduğunu və hər 355 gündən bir onun ətrafında fırlandığını vurğulayıblar.

Nəşr qeyd edir ki, bu ulduz Günəşdən daha soyuq və daha qaranlıqdır, ona görə də planetin temperaturu -70 dərəcə Selsiyə qədər enə bilər. Tədqiqatın müəlliflərindən biri olan Dr. Çelsi Huanqa görə, planet gələcəkdə müşahidə üçün yüksək prioritetli hədəfə çevrilə bilər.

Chosen
39
7
publika.az

10Sources