EN

Metodik xidmət üzrə I yarımilin yekunlarına dair görüş keçirilib

29 yanvar tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) tabeliyində olan ümumtəhsil müəssisələrində fəaliyyət göstərən metodistlər, aparıcı metodistlər, baş metodistlər, BŞTİ və MÜTDA nümayəndələri, Metodik Dəstək Mərkəzinin əməkdaşlarının və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavininin iştirakı ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd metodik xidmətin mövcud vəziyyətinin müzakirəsi, I yarımil üzrə görülmüş işlərin təhlili, növbəti yarımildə qarşıya qoyulacaq hədəflərin müəyyənləşdirilməsi, həmçinin aparılmış monitorinqlərin nəticələrinə əsasən metodik fəaliyyətin inkişaf istiqamətlərinin müəyyən olunması olub.

Tədbir çərçivəsində metodik xidmətin icrası ilə bağlı aktual məsələlər müzakirə edilib. Xüsusilə “BilBacar” müsabiqəsinin əhəmiyyəti və onun icra mexanizmi, ”Müəllim inkişaf portalı” üzrə yarımillik nəticələrin təhlili, dərsdinləmələrinin təşkili və təhlili, metodik görüşlərin məzmunu və qiymətləndirilməsi, metodik xidmət göstərilən ümumtəhsil müəssisələrində aparılan monitorinqlər və monitorinqlərin əsas istiqamətləri, monitorinq meyarları və inkişaf ehtiyacları diqqət mərkəzində olub.

Görüş zamanı metodistlərin praktiki fəaliyyəti, qarşılaşdıqları çətinliklər və mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb, metodik xidmətin daha məqsədyönlü və səmərəli təşkili ilə bağlı yanaşmalar vurğulanıb.

Tədbir metodik xidmətin keyfiyyətinin artırılması və metodistlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab edilib.

Qeyd edək ki, bu cür görüşlərin digər regionlar üçün də keçirilməsi planlaşdırılır.

Chosen
5
13
azedu.az

10Sources