EN

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Karvan-Yevlax"ın futbolçusu Rauf Rüstəmli Sportal.az saytına müsahibə verib.

- "Sabah"a qarşı görüş sizin üçün necə alındı? Səncə, bu matçda məğlubiyyətinizə əsas səbəb nə idi?

- Əslində, hamımız oyuna yaxşı hazırlaşmışdıq. Matçın çətin keçəcəyini də yaxşı başa düşürdük. Qış fasiləsindən sonra birinci oyunumuz idi. Məğlubiyyətini unudub, qarşıdakı matçlara hazırlaşacağıq.

- Erkən qollar buraxmağınızın səbəbi həyəcan idi, yoxsa "Sabah"ın təzyiqinin altından çıxa bilmədiz?

- Həyəcan deməzdim. Sadəcə rəqibin ustalığı, təzyiqi bizi səhvlərə məcbur etdi. Ancaq qarşıdakı matçlarda bu səhvləri aradan qaldıracağıq. İşləyirik.

- Müqavilə ilə məxsus olduğun komandaya qarşı oynayırdın. Bu görüş özün üçün necə alındı? Meydana daxil olanda deyəsən "Sabah" oyunçuları səni xoş qarşıladı və kiməsə baxıb gülürdün? 

- Oyuna daxil olanda komandam üçün ən yaxşısını etməyə çalışdım. "Sabah"dakı futbolçularla yaxşı əlaqəm var və sadəcə onlarla bir-birimizi görüb, gülümsədik. Onlara da uğurlar arzulayıram.

- Maraqlıdır, qışda "Sabah"da qala bilməzdin? Yoxsa daha çox oynamaq üçün oradan ayrıldın, ola bilər ki, Valdas Dambrauskas səni istəmədi?

- Əslində, "Sumqayıt"dan ayrılan zaman "Karvan-Yevlax"a keçəcəyimi bilirdim. Bu addımı daha çox oynamaq üçün atdım. Allah qoysa, uğurlu olar.

- "Karvan-Yevlax" hazırda I Liqaya düşə biləcək əsas namizəd hesab edilir. Səncə, komanda bunun qarşısını necə alacaq? Çünki komanda demək olar ki, stabil olaraq uduzur..

- Qarşıda hələ çox oyun var. Düzdür, hazırda turnir cədvəlində sonuncu pillədəyik. Lakin bu vəziyyətdən çıxa bilərik. İnanıram ki, turnir cədvəlinin sonuncu pilləsindən çıxacağıq. 

- Komanda bu gün mövsümün ilk yarısında formasını geyindiyin "Sumqayıt"la qarşılaşacaq. Onları məğlub etmək mümkün olacaq?

- "Sabah"la görüşdən sonra həftəboyu bu oyuna hazırlaşmışıq. Öz evimizdə, azarkeşlərimizin qarşısında oynayacağıq. Komandamın bu oyuna hazır olduğunu düşünürəm. Hər halda, qalibiyyət üçün ən yaxşısını edəcəyik. Allah qoysa, qələbəni qazanarıq.

Mirbağırağa

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
50
sportal.az

10Sources