EN

Deputat: “Sərhədlərin bağlanmasını qlobal problem kimi ortaya qoymağa ehtiyac yoxdur”

“Proseslər də təsdiq edir ki, əsas dövlət müstəqilliyimiz, milli təhlükəsizliyimizdir. Bu baxımdan sərhədlərin indiki formada qalması çox əhəmiyyətlidir. Ticarət üçün sərhədlər açıqdır”.

 

Pravda.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov Müsavat tv-yə müsahibəsində deyib.

 

O bildirib ki, bir ölkədən başqa ölkəyə gediriksə, çox az hallarda avtomobildən istifadə edilir: “Ən çox təyyarədən istifadə edilir. Burada sərhədlərin bağlanmasını qlobal problem kimi ortaya qoymağa ehtiyac yoxdur. Sadəcə, olaraq avtomobillə getmək, dəmir yolu ilə getmək olmur. Onsuzda bizim cənub istiqamətində dəmir yolumuz işləmir, yoxdur. Gürcüstan və Rusiya var ki, bu da məlumdur. Bayram zamanları cənubdan bizə nə qədər insanlar gəlir. Sərhədlərdən insanların gedib-gəlməsi ilə bağlı bizdə təcrübə var. Gömrük, keçid məntəqələrimiz var. Pandemiyadan öncə nə qədər böyük axın olurdu. Digər istiqamətlərdən ölkəmizə qarşı sərhədlərdən hansı formalarda istifadə ediləcəyini biz bilirik. İndi hər şeyi dilə gətirmək istəmirik. Sərhədlərin qapalı olduğu halda nə qədər narkotik vasitələr aşkar edilir. Düşünün sərhədlər açıq olsa, həmin problemin içində böyük gərginlik yarana bilər. Ona görə sərhədlərin bu halda qalması bizim təhlükəsizliyimizdir. Nə zaman bütün risklər ortadan qalxacaqsa o zaman açılacaq”.

 

Şəhanə Quliyeva

Tarix: 30 Yanvar 2026, 13:12   
Chosen
11
39
pravda.az

10Sources