EN

Zelenski Putini Kiyevə dəvət etdi - “Cəsarət edirsə, qoy gəlsin”

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşmək ehtimalını qəti şəkildə rədd edib. O həmçinin Kreml rəhbərini Kiyevə dəvət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında məlumat verib.

"Əlbəttə ki, mənim üçün Moskvada Putinlə görüşmək mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə ki, cəsarət edərsə, açıq şəkildə dəvət edəcəyəm", - deyə siyasətçi vurğulayıb.

Zelenski Ukraynanın müharibənin real sonu, eləcə də məhsuldar ola biləcək görüş barədə konstruktiv şəkildə razılığa gəlmək istədiyini bildirib.

"Amma kimsə görüşmək istəmirsə, nədənsə bunu birbaşa deyə bilmirsə, onda Moskvaya bu dəvətlər edilir. Nə baş verdiyi aydındır", - deyə siyasətçi əlavə edib.

Ukrayna liderinin sözlərinə görə, o, müharibənin bitməsi üçün işləyəcək istənilən formata hazırdır.

“Lakin Moskvada və Belarusda bu görüşlər mümkün deyil və bunun səbəbi tamamilə aydındır. Çünki bu ölkələrdən biri təcavüzkar, bizə qarşı müharibəyə başlayan və bizi öldürən dövlətdir, digər ölkə isə bu hərəkətlərdə onun tərəfdaşı olan dövlətdir”, - deyə Zelenski qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
35
31
missiya.az

10Sources