EN

Alimlər Altsheymer xəstəliyinin geniş yayılmış əlamətlərindən birini açıqlayıb

Alimlər bağırsaqlarda baş verən iltihabi proseslərin Altsheymer xəstəliyinin erkən əlamətlərindən biri ola biləcəyini bildiriblər. AzPost ScienceAlert portalına istinadənxəbər verir ki, son elmi araşdırmalar həzm sistemi ilə beyin arasında sıx əlaqənin mövcud olduğunu göstərir.

Məlumata görə, tədqiqat çərçivəsində demensiyanın profilaktikası proqramlarında iştirak edən yaşlı şəxslərin tibbi analizləri və koqnitiv test nəticələri təhlil olunub. Alimlər beyin toxumasında amiloid lövhələrin mövcudluğunu, eyni zamanda bağırsaqlarda iltihab göstəricilərinin səviyyəsini qiymətləndiriblər.

Araşdırmanın nəticələri göstərib ki, bağırsaqlarda iltihabi proseslərin güclənməsi yaddaşın zəifləməsi və informasiyanın emalı ilə bağlı koqnitiv funksiyaların pisləşməsi ilə əlaqəlidir. Bu tendensiya hətta açıq-aşkar xəstəlik əlamətləri olmayan iştirakçılarda da müşahidə olunub.

Mütəxəssislər hesab edirlər ki, bağırsaq mikroflorasında baş verən dəyişikliklər onun keçiriciliyinin artmasına səbəb ola bilər. Nəticədə bəzi maddələr qan dövranına keçərək bədəndə, o cümlədən beyində iltihabi prosesləri aktivləşdirə bilər.

Alimlər hələlik Altsheymer xəstəliyinin birbaşa səbəbləri ilə bağlı qəti nəticə çıxarmağın tez olduğunu vurğulasalar da, bu tapıntıların neyrodegenerativ xəstəliklərin mexanizmlərinin daha yaxşı anlaşılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər. Gələcəkdə bu nəticələr bağırsaq sağlamlığının qorunmasına və düzgün qidalanmaya əsaslanan yeni profilaktik yanaşmaların hazırlanmasına imkan yarada bilər.

AzPost.az

Chosen
65
25
azpost.info

10Sources