EN

Vüqar Əliyev: Könüllülük fəaliyyəti Azərbaycanda brendə çevrilib VİDEO

Bakı, 30 yanvar, AZƏRTAC

Hazırda Azərbaycanda könüllülük modeli kifayət qədər yüksək səviyyədədir. Biz, həmçinin beynəlxalq səviyyədə könüllülük təcrübələrinə də yiyələnirik. Xarici ölkələrin könüllülük fəaliyyətləri ilə bağlı yeniliklərin Azərbaycanda da tətbiq olunmasında maraqlıyıq.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev deyib.

O bildirib ki, könüllülük fəaliyyəti qanunvericilik əsasında formalaşır. Bu əsasda könüllülük fəaliyyəti Azərbaycanda brendə çevrilib.

Təşkilat sədri, həmçinin qeyd edib ki, bu gün Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2 Fevral- Gənclər Gününə həsr olunmuş II Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilir. "Forumun əsas məqsədi könüllü təşkilatları arasında şəbəkələşmənin və əlaqələndirilmənin qurulması, dayanıqlı inkişafın təmin edilməsi, könüllülük mübadiləsinin həyata keçirilməsidir. Bu forumda 500 könüllü iştirak edir. Tədbirə Bakıda fəaliyyət göstərən könüllülərlə yanaşı, regionlardakı könüllülərimiz də qatılıblar. Fəaliyyətlərində fərqlənən gənclərimiz Gənclər Günü münasibətilə təltif ediləcəklər", - deyə o diqqətə çatdırıb.

Chosen
3
11
azertag.az

10Sources