EN

“Barselona” ulduz futbolçunu transfer etdi

İspaniyanın “Barselona” klubu Misirin “Al Ahly” klubunda çıxış edən gənc hücumçu Hamza Abdelkarimini icarə əsasında transfer etmək üçün razılıq əldə edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, 18 yaşlı futbolçu üçün satınalma opsiyalı icarə müqaviləsinin bütün şərtləri tərəflər arasında tam razılaşdırılıb. Razılaşmaya əsasən, Hamza əvvəlcə “Barselona”nın B komandasında çıxış edəcək.

Qeyd olunur ki, Abdelkariminin “Barselona”ya keçid onun şəxsi arzusu olub və futbolçu bu təklifə hələ əvvəlcədən müsbət cavab verib.

Chosen
69
26
veteninfo.az

10Sources