EN

Enerji atəşkəsi kimə daha çox sərf edir? ISW açıqladı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Ukraynanın enerji infrastrukturuna qarşı zərbələrə bir həftəlik atəşkəsin tətbiq edilməsi Moskva tərəfindən əhəmiyyətli bir güzəşt deyil. 

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Tədqiqatları İnstitutunun(ISW) hesabatında belə deyilir.

Analitiklər qeyd edirlər ki, hər iki tərəf riayət edərsə, uzunmənzilli zərbələrə belə bir moratoriumun qoyulması daha çox Rusiyaya fayda verə bilər: "Rusiya qüvvələri gələcəkdə genişmiqyaslı zərbələr endirmək üçün istifadə edə biləcəkləri dronlar və raketlər toplaya biləcəklər. Ukrayna isə Rusiyanın enerji infrastrukturuna qarşı zərbələrini dayandıracaq".

Analitiklər qeyd edirlər ki, Rusiya uzunmüddətli atəşkəsi rədd etməyə davam edir və əvvəllər guya "xoş niyyətli" olduqlarını nümayiş etdirmək üçün oxşar qısamüddətli moratoriumlar təklif etmiş, eyni zamanda Ukrayna və ABŞ-nin mülki infrastruktura hücumlara daha uzun və ya daimi moratorium tətbiq etmək çağırışlarını rədd etmişdir.

Kremlə yaxın hərbi bloqerlərdən biri atəşkəsin yalnız müvəqqəti olduğunu bildirərərk əlavə edib ki, enerji obyektlərinə hücumlara qoyulan moratorium Ukrayna və Rusiya arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar raundu ilə əlaqədardır. Bildirilir ki, bu danışıqlar fevralın 1-nə planlaşdırılır.

Digər Rusiya hərbi bloqerləri atəşkəsi tənqid edirlər və eyni zamanda, onun bu qədər qısa müddətli olmasından məmnunluqlarını ifadə edirlər. Onlar həmçinin qeyd edirlər ki, Rusiya bu “güzəştlərdən” öz məqsədlərinə çatmaq üçün istifadə edəcək.

Xatırladaq ki, dünən Donald Tramp Vladimir Putindən bir həftə ərzində Kiyevə və bir neçə başqa şəhərə hücum etməməyi şəxsən xahiş etdiyini və Putinin bu xahişi qəbul etdiyini açıqlayıb. Lakin Moskvadan hələlik bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski Trampa bu təşəbbüsünə görə təşəkkür edib və bu cür addımların müharibənin sona çatması istiqamətində real irəliləyişlərə töhfə verdiyini vurğulayıb.

Ukraynanın bunun müqabilində Rusiyadakı hər hansı bir hədəfə hücum etməməyə razı olub-olmadığı hələlik məlum deyil.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
39
azpolitika.info

10Sources