EN

Sinqapur donanması üçün ikinci çoxməqsədli dron daşıyıcısının təməli qoyulub

Yanvarın 27-də ST Engineering Marine Limited gəmiqayırma zavodunda MRCV sinifli çoxməqsədli döyüş gəmisinin təməli qoyulub. Bu, Sinqapur Hərbi Dəniz Qüvvələri tərəfindən sifariş edilən ikinci gəmidir.

Herbiand.az bildirir ki, yeni gəmilərin dizaynında adi silahlar əvəzinə avtonom pilotsuz sistemlərin yerləşdirilməsi qabiliyyətinə xüsusi diqqət yetirilir.

Sinqapur Hərbi Dəniz Qüvvələri üçün ümumilikdə, 6 belə gəmi sifariş edilib. Onlar Sinqapur donanmasında ilk tam elektrik mühərrikli korvetlər olacaq və 1989-cu ildən bəri xidmətdə olan “Viktoriya” sinifli korvetləri əvəz edəcək.

Gəmilərin uzunluğu 150 metr, su tutumu 8000 tondur. Ekipaj heyəti 80 nəfərdir. Silahlanmaya 76 mm-lik top sistemi, 30 mm-lik məsafədən idarə olunan döyüş modulu, həmçinin MICA və ASTER zenit raketləri daxildir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
25
herbiand.az

1Sources