Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, yanvarın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.