EN

İNANILMAZ SOYĞUN: 5 çamadan dolu 420 milyon yen OĞURLANDI

Tokioda 5 çamadan dolu 420 milyon yen oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya polisi məlumat yayıb.

Tokionun mərkəzində baş verən soyğunçuluq hadisəsi nəticəsində 420 milyon yen (təxminən 4 640 000 manat) və ya 2,7 milyon dollar (təxminən 4 590 000 manat) məbləğində vəsait oğurlanıb.

Hakimiyyət orqanlarının məlumatına görə, cinayətkarlar bibər qazına bənzər maddədən istifadə edərək beş nəfərə hücum edib və nağd pulla dolu olan çamadanları ələ keçiriblər.

Zərərçəkmiş şəxslərin yaşlarının 20 ilə 40 arasında olduğu, onların Çin və Yaponiya vətəndaşları olduqları bildirilir.

Hadisədən qısa müddət sonra, cinayətin baş verdiyi yerdən təxminən 100 metr məsafədə 50 yaşlarında bir kişi minik avtomobili tərəfindən vurulub və yüngül xəsarətlər alıb.

İlkin ehtimallara görə, həmin şəxs şübhəlilərdən biri olub. Onu vuran avtomobil hadisə yerindən qaçsa da, bir qədər sonra yaxınlıqda tərk edilmiş mavi miniven aşkar edilib.

Hazırda polis hər iki hadisə arasında birbaşa əlaqənin olub-olmadığını araşdırır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
42
37
interpress.az

10Sources