
Həmədan əyalətinin Əlvənd dağında qar uçqunu nəticəsində dörd dağçı uçqun altında qalıb.
Gunaz.tv
Bu haqda əyalətin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumata görə, bir həftə axtarışdan sonra 3 dağçının cəsədi uçqun altından çıxarılsa da, dördüncü dağçının axtarışları nəticəsiz qalıb.
"Hadisə yerində ağır qar təbəqəsi olduğuna görə dördüncü dağçı hələlik tapılmasa da, axtarışlar davam etdirilir",- məlumatda bildirilib.