EN

Neftimizin qiyməti 73 dollara yaxınlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,52 ABŞ dolları və ya 3,58% artaraq 72,89 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 70,37 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

"Cebheinfo.az"

Chosen
92
33
cebheinfo.az

10Sources