EN

“Bu dialoq kürd məsələsində yeni mərhələnin başlanğıcı ola bilər”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Əhməd əş-Şəraanın Kobani şəhərindən olan on beş nüfuzlu kürd ictimai xadimi ilə qapalı görüş keçirməsi simvolik jestdən daha çox, kürd məsələsində yeni siyasi çərçivə formalaşdırmaq cəhdi kimi oxuna bilər. Əhməd əş-Şəraanın müxtəlif düşərgələrdən olan kürd nümayəndələri eyni masa arxasına toplaması göstərir ki, proses yalnız SDQ ilə məhdudlaşmır və daha geniş kürd legitimliyi yaratmaq məqsədi güdür”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

A.Nəsirov bildirib ki, mülki və mədəni hüquqların tanınmasına dair bəyannamənin icrasının xüsusi vurğulanması da təsadüfi deyil, çünki kürdlər üçün əsas problem illərdir verilən, amma reallaşmayan vədlər olub: “Bu baxımdan görüş mərkəzi hakimiyyətin kürd məsələsini təhlükəsizlik problemi yox, siyasi razılaşma mövzusu kimi təqdim etməyə çalışdığını göstərir. Bununla belə, real razılaşmaya gedən yolun başlanğıcı olub-olmadığını demək üçün hələ tezdir. Kürd məsələsində əsas sınaq bəyanatlardan sonra atılacaq praktik addımlar, xüsusilə idarəetmə, yerli özünüidarə, dil və təhsil sahələrində konkret mexanizmlərin yaradılması olacaq”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, eyni zamanda, regionda Türkiyə, ABŞ və Rusiya kimi xarici aktorların maraqları bu prosesi asanlıqla ləngidə və ya istiqamətini dəyişə bilər: “Əgər bu dialoq yalnız taktiki sakitləşdirmə məqsədi daşımırsa və davamlı institusional çərçivəyə çevrilərsə, o zaman həqiqətən də kürd məsələsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
34
icma.az

10Sources