ain.az, Reyting.az portalına istinadən məlumat verir.
İndoneziyada zirvədən 13 kilometr aralıda yerləşən Besuk Kobokan ərazisinin cənub-şərq hissəsində bütün fəaliyyətlərə qadağa qoyulub.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumata görə, İndoneziyanın Yava əyalətinin şərqində yerləşən Semeru vulkanı püskürüb və təxminən 700 metr hündürlüyə kül saçıb.
“Antara” xəbər agentliyinin son məlumatlarına görə, Yavanın Lumacanq və Malanq rayonlarının sərhəddində yerləşən Semeru dağında gün ərzində iki dəfə vulkan püskürməsi qeydə alınıb.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.