Dövlət Turizm Agentliyi (DTA) Hindistan Respublikasının Mumbay şəhərində keçiriləcək “OTM – Outbound Travel Mart 2026” sərgisi üzrə tələb olunan sahənin icarəsi, stendin qurulması və media tədbirinin təşkili xidmətlərinə sərf edəcəyi vəsaitin həcmini açıqlayıb.
Pravda.az-ın xəbərinə görə, bu məbləğ 336 511 AZN-dir.
Xidməti “Fairfest Media Ltd” şirkəti göstərəcək.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib (elektron satınalma deyil).
Cabir
Tarix: 30 Yanvar 2026, 09:51