EN

ABŞ-də şiddətli soyuqlar - Ölənlərin sayı 85 nəfərə çatdı

ABŞ-də qar fırtınası və şiddətli soyuqlardan ölənlərin sayı 85 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Texasdan Nyu-Cersiyə qədər həddindən artıq soyuq hava şəraitinin olduğu ərazilərdə ən azı 85 nəfər ölüb. Ölümlərin təxminən yarısı Tennessi, Missisipi və Luiziana ştatlarında baş verib", - deyə xəbərdə bildirilib.

Bundan əlavə, ölkədə elektrik enerjisi təchizatında problemlərin yarandığı da vurğulanıb.

Chosen
49
19
bakivaxti.az

10Sources