EN

Bu süd növü sağlamlığa zərər verəBİLƏR

Dietoloq Erin Rossi son vaxtlar marağın xeyli artdığı bir növ südün sağlamlıq üçün təhlükəli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Infobae" nəşri yayıb.

Mütəxəssis qeyd edib ki, istiliklə emal olunmamış (pasterizasiya edilməmiş) süd istehlak edən insanlarda ciddi sağlamlıq problemləri yarana bilər. Erin Rossinin sözlərinə görə, belə süd qarın ağrısı, qanlı ishal, böyrəklərin zədələnməsi, yüksək hərarət və hemolitik-uremik sindrom kimi ağır fəsadlara səbəb ola bilər.

Diyetoloq əlavə edib ki, yaranan əlamətlərin ağırlığı süd vasitəsilə orqanizmə düşən bakteriya və ya digər xəstəlik törədicilərinin növündən asılıdır.

Mütəxəssis süd və süd məhsulları seçərkən diqqətli olmağı və yalnız istiliklə emal olunmuş, təhlükəsiz süd istehlak etməyi tövsiyə edib.

Aytəkin TOFIQQIZI

Chosen
61
21
redaktor.az

10Sources