EN

Demokratlar Partiyası şatdaunun qarşısını almaq razılığa gəldiklərini açıqlayıb

Vaşinqton, 30 yanvar, AZƏRTAC

Demokratlar Partiyasının ABŞ Senatındakı təmsilçiləri hökumətin qismən bağlanmasının (şatdaun) qarşısını almaq üçün bir sıra qanun layihələri ilə bağlı razılığa gəldiklərini açıqlayıblar.

AZƏRTAC xəbər verir ki, razılaşmaya əsasən, Daxili Təhlükəsizlik Departamentinin maliyyələşdirməsinə dair qanun layihəsi digər 5 qanun layihəsindən ayrılacaq. Beş qanun layihəsi çərçivəsində proqramlar sentyabr ayının sonuna qədər maliyyələşdiriləcək. Qanunvericilərə paketdəki digər müddəalar üzrə danışıqlar aparmaq imkanı yaratmaq üçün Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi iki həftə müddətinə uzadılacaq.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
25
9
azertag.az

5Sources