EN

Aİ-yə üzv olmayan ölkələrlə bağlı SƏRT QƏRAR

Avropa İttifaqı ölkələri Aİ-yə daxil olmayan dövlətlərin Ukrayna ilə sazişlər bağlaması üçün əvvəlcədən ödəniş etməsini məcburi edən mexanizmin tətbiqi imkanını müzakirə edirlər.

Publika.az xəbər verir ki, bu, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilib ki, bu, yalnız həmin razılaşmalar Kiyevə təsdiqlənmiş 90 milyard avroluq Aİ kreditinin vəsaitlərindən istifadə ilə bağlı olduğu hallara aid olacaq.

Məlumatda qeyd olunur ki, Avropa İttifaqına üzv bir sıra ölkələr birlikdən kənar dövlətlər üçün xüsusi rüsumun tətbiqində israr edirlər.

"Bloomberg" vurğulayıb ki, bəzi Aİ üzvləri, o cümlədən Fransa, üçüncü ölkələrin ayrılmış vəsaitlərə bərabər çıxış əldə etməsini ədalətsiz hesab edir.

Chosen
31
publika.az

1Sources