EN

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 60-a çatdı

BAKI, 30 yanvar. TELEQRAF

ABŞ-də güclü qar fırtınası və kəskin şaxtalar nəticəsində həyatını itirənlərin sayı 60-a yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, ölkə üzrə ölənlərin ümumi sayı artıq 60 nəfərə çatıb. Qar fırtınasının yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb.

"PowerOutage" xidmətinin məlumatına əsasən, hazırda ABŞ-də 280 mindən çox ev işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi əsasən Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb.

Chosen
74
12
teleqraf.com

10Sources