EN

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

“İsrail müharibəni davam etdirəcəyi təqdirdə, Türkiyə bu ölkə ilə ticarətə yenidən başlatmayacaq”

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Jazeera”yə müsahibəsində bildirib.

Nazir Türkiyə–İsrail münasibətlərindəki son dövrə toxunaraq qeyd edib ki, mövcud şərtlər iki ölkə arasında gərginliyə və uzlaşmazlığa səbəb olur.

“İsraillə ticarəti dayandırdığımız zaman bunun səbəbini çox açıq şəkildə ifadə etdik. Müharibə davam edərsə və Qəzzaya humanitar yardımın girişinə icazə verilməzsə, İsraillə ticarətimizə yenidən başlamayacağıq. Bizim problemimiz İsraillə deyil, İsrailin bölgədə apardığı siyasətlərlə, xüsusilə də fələstinlilərə qarşı həyata keçirilən siyasət və Qəzzada baş verən son soyqırımı ilə bağlıdır. Türkiyə ilə İsrail arasındakı gərginlik mövcud şərtlərdən asılıdır” - Hakan Fidan qeyd edib.

Chosen
20
43
apa.az

10Sources