Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Venesuela üzərindəki hava məkanınınyenidən açıldığını bildirib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbərverib.
"ABŞ prezidenti Donald Tramp Nikolas Maduronun devrilməsindənsonra əlaqələri yeniləmək səyləri çərçivəsində cümə axşamıVenesuela üzərində hava məkanının açılması barədə əmr verdiyinibildirib", - deyə bildirilib.
Tramp Pentaqona və Nəqliyyat Nazirliyinə günün sonuna qədərlazımi dəyişikliklər etməyi tapşırdığını söyləyib və qeyd edib ki,Rodrigez ona ölkənin təhlükəsizlik vəziyyətininyaxşılaşdırılmasında irəliləyiş əldə etdiyini deyib.